“Qardaş məktəblər” layihəsinə bələdiyyə sədri də qatıldı

Ankaranın Sincan Karacan Anadolu Liseyi bir ilkə imza atdı

1644115
“Qardaş məktəblər” layihəsinə bələdiyyə sədri də qatıldı

 

  Ankaranın Sincan Karacan Anadolu Liseyi bir ilkə imza atdı.

  Ankaranın Sincan rayonunda yerləşən Karacan Anadolu Liseyi ilə Azərbaycanın Tovuz rayonunun Bayramlı kənd Zahir Yusifov adına məktəbi arasında başlanmış “Qardaş məktəblər” layihəsi çərçivəsində hər ay nizamlı şəkildə təşkil edilən onlayn toplantılar pandemiyanın, fiziki məsafənin qardaşlığa mane ola bilməyəcəyini bir daha göstərdi.

  Bu həftə təşkil edilən görüşdə Karacan Anadolu Liseyinin təsisçisi Suna Kuzucu, məktəbin direktoru Koray Ayan, Azərbaycanın Tovuz rayonu Bayramlı kənd Zahir Yusifov adına məktəbin direktoru Ramiz Məmmədov, məktəbin dərs-hissə müdir müavini Tural Zeynalovla yanaşı, hər iki ölkə məktəbinin müəllim və şagirdləri iştirak etdi.

  Şagirdlərin böyük həvəslə qatıldığı proqramın bu dəfəki qonağı Ankaranın Sincan rayonu bələdiyyə sədri Murad Ercan idi.

  Azərbaycanın qardaş məktəb şagirdlərindən Rəhimə Yusifovanın "Sincan Bələdiyyəsi emlebindəki lalə şəklinin nə məna ifadə etdiyi" və Elgün Əliyevin "Sincanda hansı tədbirlər keçirilir” suallarına bələdiyyə sədri M.Ercan böyük məmnuniyyətlə və geniş izahla cavab verdi. Bundan başqa, gənclərə bələdiyyə işlərindən "Sıfır tullantı" (Sıfır Atık) layihəsi haqqında danışan bələdiyyə sədri Riyaziyyat Muzeyi (https://ekultur.sincan.bel.tr/dijitalsergi2) ilə bağlı da məlumat verərək şagirdlərin bilik üfüqlərinin genişlənməsinə qatqı təmin etdi.

  Sincan bələdiyyə sədri Murad Ercan “Qardaş məktəb” layihəsində fəal iştiraklarına görə Karacan Anadolu Liseyinə və Tovuz rayonu Bayramlı kənd Zahir Yusifov adına məktəbə minnətdarlığını bildirdi və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü çatdırdı.  

  Xatırladaq ki, hər ay nizamlı şəkildə təşkil edilən bu qarşılıqlı məktəb toplantılarında gündəmə dair mühüm mövzular müzakirə olunur, bəzi söhbətlərə bələdiyyələr cəlb edilir, şagirdlər bu bilik və təcrübə mübadiləsindən daha çox faydalanırlar.

  Qeyd edək ki, növbəti həftə qardaş məktəblər 28 May Azərbaycanın Müstəqillik Gününü birlikdə qeyd edəcəklər.



Әlaqәli Xәbәrlәr