Azərbaycanda PUA heyətləri təlim tapşırıqlarını icra etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki...

1641428
Azərbaycanda PUA heyətləri təlim tapşırıqlarını icra etdi

 

  Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) da cəlb olunduğu təlimlər davam etdi.

  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər çərçivəsində PUA heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparıb.

  PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları yerinə yetiriblər.



Әlaqәli Xәbәrlәr