Tatarıstan Respublikasında məktəbə silahlı hücum, 9 nəfər ölüb

Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində bir məktəbə silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, ən az 10 nəfər yaralanıb.

1637838
Tatarıstan Respublikasında məktəbə silahlı hücum, 9 nəfər ölüb

Rəsmilərin yaydıqları ilk açıqlamalara görə hadisə paytaxt Kazanda törədilib. Bildirilib ki, şəxsiyyəti məlum olmayan iki nəfər Fayzi küçəsindəki 175 nömrəli məktəbə silahlı hücum təşkil edib. Təcavüzkarları görən və atəş səslərini eşidən tələbələr arasında çaxnaşma yaşanıb. Bəzi tələbələr pəncərələrdən tullanıblar. Təcavüzkarlardan birinin 17 yaşında olduğu və hadisədən sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu açıqlanıb.

Polisin başlatdığı əməliyyat çərçivəsində şagirdlərin məktəbdən çıxarıldıqları, bir müəllim və 8 şagirdin həyatını itirdiyi, ən az 10 nəfərin yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr