Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günləri və karantin rejimində dəyişikliklər

Nazirlər Kabinetinin Qərarına əsasən

1624907
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günləri və karantin rejimində dəyişikliklər

 

  Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

  Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.



Әlaqәli Xәbәrlәr