“Biz artıq federal həll üçün zaman itirmirik”, M.Çavuşoğlu

Qıbrıza rəsmi səfərə gedən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Şimali Kipr prezidenti Ersin Tatarla birlikdə təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər

1622900
“Biz artıq federal həll üçün zaman itirmirik”, M.Çavuşoğlu

 

  Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar “Cenevredə olacaq Kipr görüşlərində suverenliyimiz, müstəqilliyimiz və Türkiyəmizin qarantiyası vazkeçilməz məqamlardır” deyə vurğulayıb.

  Qıbrıza rəsmi səfərə gedən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Şimali Kipr prezidenti deyib: “Qıbrz türk xalqı hər zaman ana vətən Türkiyəyə böyük əhəmiyyət verir. Kiprdəki türklərin müstəqil, azad və etibarlı yaşaya bilmələri üçün Türkiyənin qarantiyası əsasdır. Cenevrə görüşlərində suverenliyimiz, müstəqilliyimiz və Türkiyəmizin qarantiyası vazkeçilməz məqamlardır."

  Mövlud Çavuşoğlu isə öz çıxışında bunları söyləyib: “Cenevrədə Qıbrız yığıncağı qeyri-rəsmi xarakter daşıyır və açılan müzakirə yeni deyil. Biz artıq federal həll üçün zaman itirmirik, yeni fikir və görüşləri lazım hesab edirik. Real, məntiqli, bərabərhüququlu və nəticəyə varacaq bir müzakirə başlanılmalıdır. Ancaq bu şəkildə görüşlərin faydası ola bilər”.



Әlaqәli Xәbәrlәr