“Beynəlxalq qurumlar Qarabağdakı dağıntıları görməməzliyə vurur”, F.Altun

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Fəxrəddin Altun Qarabağdakı dağıntını görməməzliyə vuran beynəlxalq qurumlara səslənib

1619072
“Beynəlxalq qurumlar Qarabağdakı dağıntıları görməməzliyə vurur”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Fəxrəddin Altun Qarabağdakı dağıntını görməməzliyə vuran beynəlxalq qurumlara səslənib.

  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmiləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Onlar Ağdamda mehmanxana, dram teatrı, rayon icra hakimiyyəti, bank binaları və evlərin qalıqlarına baxıb, ermənilərin törətdikləri müharibə cinayətlərinin nəticələrini gözləri ilə görüblər. Nümayəndə heyətini Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.  

  Türkiyə heyəti ilə Ağdam səfərindən sonra etdiyi şərhdə Fəxrəddin Altun deyib: “Erməni qüvvələri bir zamanlar işğal altında saxladıqları Azərbaycan torpaqlarındakı Türk-İslam mədəniyyət xəzinələrini yox etməyə çalışıblar. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir.  

  Qarabağ zəfəri Azərbaycan, Qafqaz və Türkiyə üçün böyük bir qələbədir. 30 illik işğal Azərbaycan prezidenti İlham Aliyevin qərarlı duruşu ilə ortadan qaldırıldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xalqımız isə bu haqlı mübarizəyə başından dəstək verdi.

  İşğaldan qurtarılan bölgələrdə abadlıq işləri başlayacaq. Bu yenidənqurma zamanı Türkiyə olaraq bütün qüvvəmizlə istər dövlət, istər qeyri-dövlət sektorları təcrübəmizlə Azərbaycanın yanında olacağıq. Hörmətli prezidentimiz bu mövzuda bütün təşkilat və qurumlarımızı dəstək verməyə istiqamətləndirib. İnşaallah, bu müddəti də başa vuracağıq. Hamılqıla, birlikdə və əməkdaşlıq içində buraların inkişafını təmin edəcəyik.

  Beynəlxalq qurumlar ermənilərin törətdikləri dağıntılara reaksiya göstərmir. UNESCO (BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı) başda olmaqla dünyanın bütün beynəlxalq təşkilatları dönüb bura ikiüzlü rəftar geyinmədən baxmalıdır. Burada bir işğal oldu, barbarlıq oldu, zülmlər oldu, insan qətliamı oldu. İzlərini gözümüzlə görürük. Artıq ikiüzlülüyü buraxsınlar, gəlsinlər və bunları görüb qeyd etsinlər. O zaman heç bir şəkildə bu reallığı gizlədə bilməzlər."



Әlaqәli Xәbәrlәr