Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1619082
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2414 nəfər yoluxub, 1695 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 285 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 250 min 708 nəfər müalicə olunaraq sağalıb, 3915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 370 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 18 min 445 test aparılıb. Bugünkü test sayı isə 13.248-dir.



Әlaqәli Xәbәrlәr