Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1616688
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2595 nəfər yoluxub, 1073 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 276 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 244 min 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 144 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 963 min 11 test aparılıb. Bugünkü test sayı isə 14.593-dür.                 



Әlaqәli Xәbәrlәr