Türkiyə-Azərbaycan arasında turizm razılaşması imzalandı

Türkiyə ilə Azərbaycan arasında turizm həcminin artırılmasına dair əməkdaşlıq protokolü imzalandı.

1615527
Türkiyə-Azərbaycan arasında turizm razılaşması imzalandı

İki ölkə arasında turizm sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma Türkiyə Səyahət Agentlikləri Dərnəyi və Azərbaycan Səyahət Agentlikləri Birliyi tərəfindən İstanbulda imzalanıb.

Türkiyə Səyahət Agentlikləri Dərnəyinin rəhbəri Firuz Boundkaya, Azərbaycan Səyahət Agentlikləri Birliyinin Başçısı Rüfət Hacıyev, Azərbaycan Sağlamlıq Turizmi Dərnəyinin sədri Ruslan Quliyev və Türkiyə Səyahət Agentlikləri Dərnəyinin Sağlamlıq Turizmi üzrə rəhbəri Əli Rıfat Peşkircioğlunun iştirakı ilə reallaşan imza mərasimində ortaq turizm platformasının yaradılması və sağlamlıq turizmi, xüsusən ortaq fəaliyyətlər kimi mövzular müzakirə edilib.

Protokola görə başda sağlamlıq olmaq üzrə ortaq turizm platforması yaradılacaq. Razılaşmanın iki ölkə arasındaki turist sayının artmasına ciddi töhfə verməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr