Fərqanə - İstanbul səfərləri başladı

Fərqanə Valiliyindən Dilmurad Cumabayevin paylaşdığı məlumata görə

1612035
Fərqanə - İstanbul səfərləri başladı

 

  Özbəkistan Hava Yolları Fərqanə-İstanbul səfərlərinə başladı.

  Fərqanə İcra Hakimiyyətindən Dilmurad Cumabayevin paylaşdığı məlumata görə, martın 31-də Özbəkistan Hava Yolları yerli saatla 08.50-də Fərqanə-İstanbul ilk təyyarəsinin Fərqanə aeroportundan uçduğunu bildirib. Təyyarə eyni gün günortadan sonra İstanbuldan Fərqanəyə uçacaq.

  Fərqanə - İstanbul səfəri həftədə iki dəfə reallaşdırılacaq.

  Yeni başlanan təyyarə səfəri Özbəkistanın ən izdihamlı Fərqanə Vadisi ilə Türkiyə arasındakı ticarət əlaqələrinin daha da artmasına töhfə verəcək.  

  Türkiyə Hava Yolları (THY) yaxınlarda İstanbul - Fərqanə - İstanbul təyyarə səfərlərini başlamağı planlaşdırır.  

  Xatırladaq ki, 28 martdan həftədə 1 dəfə Ürgenç-İstanbul-Ürgenç səfərlərini icra edən Özbəkistan Hava Yolları 29 martdan 2017-ci ilin oktyabrında başlayan, ancaq 2020-ci ilin martında yeni tip koronavirus epidemiyası ilə bağlı təxirə salınan Səmərqənd - İstanbul səfərlərini həftədə 3 dəfə olmaqla bir il aradan sonra yenidən davam etdirir.

  Özbəkistan Hava Yolları tərəfindən hal-hazırda həm də hər gün Daşkənd – İstanbul - Daşkənd səfərləri təşkil olunur.



Әlaqәli Xәbәrlәr