Şəxsiyyət vəsiqəsi ilə səfərlər 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

1610417
Şəxsiyyət vəsiqəsi ilə səfərlər 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bu barədəki məlumatında bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Məlumatda qeyd olunub ki, qərarın qüvvəyə minməsilə iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək.



Әlaqәli Xәbәrlәr