Bekir Pakdemirli işğaldan azad edilmiş ərazilərdə olub

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli işğaldan azad edilmiş Cəbrayılın Soltanlı kəndində mütərəqqi üsulla yem bitkisi, Zəngilanda "Azərbaycan-Türkiyə Dostluq Bağı"nda ağac əkib.

1603992
Bekir Pakdemirli işğaldan azad edilmiş ərazilərdə olub
Pakdemirli-Azerbaycan.jpg
Pakdemirli-Azerbaycan-2.jpg
Pakdemirli-Azerbaycan-3.jpg
Pakdemirli-Azerbaycan-4.jpg

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli işğaldan azad edilmiş Cəbrayılın Soltanlı kəndində mütərəqqi üsulla yem bitkisi, Zəngilanda "Azərbaycan-Türkiyə Dostluq Bağı"nda ağac əkib.

Bəkir Pakdemirli Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə əvvəl Füzuli rayonunda olub. Pakdemirli işğal zamanı ermənilər tərəfindən təxrib edilmiş rayonda tədqiqatlar aparıb. 

Daha  sonra (4 oktyabr 2020-ci ildə erməni işğalından azad edilən) Cəbrailin Soltanlı kəndinə gedən Pakdemirli həmkarı Kərimovla xaşa toxumu əkib.

Pakdemirli Zəngilan rayonuna gedərək Ağalı kəndindəki "Azərbaycan-Türkiyə Dostluq Bağı"na Kərimov və Babayevlə birlikdə meyvə fidanı əkib. 

Azərbaycanın kənd təsərrüfatı naziri Kərimov Türkiyənin əkin sahələrində ən müasir texnologiyalardan istifadə edən və müsbət nəticələr əldə edən ölkələrdən biri olduğunu söyləyib.

Kərimov Türkiyənin hər sahədə Azərbaycanın yanında olduğunu ifadə edib. 



Әlaqәli Xәbәrlәr