Ürgenç-İstanbul istiqamətində uçuşlar bərpa edilir

"Özbəkistan Hava Yolları" 28 mart tarixindən Ürgenç-İstanbul istiqamətində uçuşlara başlayacaq.

1601331
Ürgenç-İstanbul istiqamətində uçuşlar bərpa edilir

"Özbəkistan Hava Yolları" 28 mart tarixindən Ürgenç-İstanbul istiqamətində uçuşlara başlayacaq.

Özbəkistan Nəqliyyat Nazirliyinin mövzuya dair açıqlamasında "Özbəkistan Hava Yolları"nın 28 martdan Ürgenç-İstanbul-Ürgenç reysinə başlayacağı və uçuşun həftədə bir dəfə təşkil ediləcəyi qeyd edilib.

Açıqlamada ilk uçuşun 28 mart 09:30 (yerli vaxtla 07:30) tarixində Ürgenç hava limanında keçiriləcək mərasimdən sonra reallaşacağı ifadə edilib.

"Özbəkistan Hava Yolları" 2017-ci ilin oktyabrında başlayan, lakin yeni koronavirus epidemiyası səbəbindən 2020-ci ilin martında dayandırılmış Səmərqənd-İstanbul uçuşlarını da bərpa edəcək.

Həftədə üç dəfə keçiriləcək Səmərqənd-İstanbul səfəri 29 mart yerli vaxtla 20:05-də (Türkiyə vaxtı 18:05) baş tutacaq.

"Özbekistan Hava Yolları" hazırda hər gün Daşkənd-İstanbul-Daşkənd reyslərini təşkil edir.

Ötən həftə Özbəkistanda danışıqlar aparan xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan tərəfi ilə iki ölkə arasında nəqliyyatın asanlaşdırılması məsələsini də müzakirə etdiklərini və "Türk Hava Yolları" və "Özbəkistan Hava Yolları" ilə xüsusi şirkətlərin müxtəlif şəhərlərə uçuş sayını artırması mövzusunu müzakirə etdiklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr