Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək

Təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 30-dək hərbi aviasiya vasitəsi və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

1600107
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək

Təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 30-dək hərbi aviasiya vasitəsi və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarə olunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları yerinə yetirəcək.



Әlaqәli Xәbәrlәr