Xarici işlər naziri Mövlud Çavuşoğlu özbəkistanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüş keçirib.

1597631
Xarici işlər naziri Mövlud Çavuşoğlu özbəkistanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüş keçirib.

Paytaxt Daşkənddə iki ölkə xarici işlər nazirliklərinin heyətləri arasında keçirilən görüşlərdə Türkiyə ilə Özbəkistan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının gündəmi müzakirə edilib.

Çavuşoğlu heyətlər arasındakı görüşdən əvvəl etdiyi çıxışda Daşkəndə getməzdən əvvəl səfərinin mədəniyyət hissəsində Hive və və Səmərqəndi ziyarət edərək, Türkiyənin Səmərqənd Baş konsolosluğunu istifadəyə verdiyini xatırladaraq, bu səfərdə onları tək buraxmadığına görə Kamilova təşəkkür edib.

Bu gün (9 mart) Birgə Strateji Planlaşdırma Qrup toplantısı keçirəcəklərini ifadə edən Çavuşoğlu "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının hazırlıqlarına başlayarkən, birinci sammitdə qəbul edilən qərarların və imzaladığımız sazişlərin icrasını da təqib edəcəyik.  Türk Şurası Əfqanıstan və digər regional məsələləri də müzakirə edəcəyik deyib.

Kamilov da məqsədlərinin iki ölkə arasında strateji əməkdaşlığı artırmaq olduğunu söyləyib.

Kamilov Çavuşoğlunun prezident Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyini və daha sonra Baş nazirin müavini, İnvestisiyalar və Xarici ticarət naziri Sardor Umurzakov ilə görüş keçirəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr