Türkiyədə müalicə olunan 4 qazi Azərbaycana qayıdıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi müalicə olunaraq Azərbaycana geri dönüb.

1595629
Türkiyədə müalicə olunan 4 qazi Azərbaycana qayıdıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi müalicə olunaraq Azərbaycana geri dönüb. 

Fondun məlumatına görə, qazilər Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. 

Azərbaycandakı həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. 

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 



Әlaqәli Xәbәrlәr