Əli Əsədov ilə Fuat Oktay arasında telefon danışığı olub

Azərbaycanın Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

1595801
Əli Əsədov ilə Fuat Oktay arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət planlarının icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr