Türkiyə Səmərqənddə baş konsulluq açır

Türkiyə Özbəkistanın Səmərqənd şəhərində baş konsulluq açır.

1595231
Türkiyə Səmərqənddə baş konsulluq açır

Türkiyə Özbəkistanın Səmərqənd şəhərində baş konsulluq açır.

Türkiyənin Daşkənddəki səfiri Olga Bekar Səmərqənddə açılacaq baş konsulluqla əlaqəli deyib: "Türkiyə Cümhuriyyəti Özbəkistanın müstəqilliyini 1991-ci ildə ilk tanıyan ölkə olaraq həmin zamanda Daşkənddə ilk səfirliyini açan ölkədir. Bu tarixi məsuliyyətlə Türkiyə Özbəkistanda baş konsulluq açma qərarına gəldi" deyib.

Özbəkistana yeni səfir təyin olunan Bekar xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 7 martda açılacaq Səmərqənd baş konsulluğu ilə əlaqədar açıqlamalar verib.

Olga Bekar Türkiyə ilə Özəkistan əlaqələrində prezident Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev rəhbərliyinin böyük addımlar atdığını vurğulayaraq, "Səmərqənddə açılacaq Türkiyə Cümhuriyyəti Baş konsulluğu ikitərəfli münasibətlərimizdə yaşanan bu müsbət prosesdə yeni bir əsas olacaq. Siyasi, iqtisadi, mədəni, ticari və insani əlaqələrdə güclü qardaşlıq münasibətlərinə əsaslı strateji tərəfdaşlıq səviyyəsindəki iki ölkə əlaqələrinə əhəmiyyətli töhfəsi olacaqdır.İki qardaş ölkə arasında diplomatik əlaqələrin təsis edilməsinin 29-cu ildönümündə Səmərqənd Baş konsulluğumuzun açılışının müjdəsini vermək bizi xoşbəxt etmişdir" deyib.



Әlaqәli Xәbәrlәr