Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 mart)

Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb.

1595200
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 mart)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 124 nəfər müalicə olunaraq sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 235 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib. Aktiv xəstə sayı 3148 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 627 min 991 test aparılıb. Bugünkü test sayı isə 9183-dür.



Әlaqәli Xәbәrlәr