2 Mart - Azərbaycanın BMT Üzvü Olduğu Gündür

2 Mart – Azərbaycan Respublikasının BMT Üzvlüyünə Qəbul Olunduğu Gündür

1591967
2 Mart - Azərbaycanın BMT Üzvü Olduğu Gündür

 

  Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi.

  Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. Bu dövrdə yeni formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avropa və Trans-Atlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdi.

  Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkənin təhlükəsizlik mühitinin əsas təyinedici amili oldu və bu da, öz növbəsində, Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynadı.



Әlaqәli Xәbәrlәr