Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı Türkiyə KİV tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

1592435

Bildirilib ki, dörd saatdan çox davam edən mətbuat konfransında 35 media mənsubunun 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri kimi mühüm məsələlərə aydınlıq gətirib.

“TRT Haber”, "Anadolu" və "İHA xəbər agentlikləri", “Haber Türk”, “A Haber”, NTV telekanalları, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet” və digər qəzetlərdə yer alan informasiyalar videomaterial və orijinal fotolarla təqdim olunub. 

Məlumatlar "Ermənistanda böhran davam edir", “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama!”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və sair sərlövhələrlə yayılıb. 

Әlaqәli Xәbәrlәr