Prezident Əliyev: “Noyabrın 10-da imzalanmış bəyanat tam icra edilməlidir"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda mətbuat konfransı keçirib.

1591265
Prezident Əliyev: “Noyabrın 10-da imzalanmış bəyanat tam icra edilməlidir"

 Dağlıq Qarabağda atəşkəsi bərpa edən 10 Noyabr razılaşmasına toxunan prezident Əliyev: “Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar.

Prezident Ermənistandakı çevriliş cəhdinə də münasibət bildirib: “ Ermənistanda baş verən hadisələr bu ölkənin daxili işidir. Etirazlar Ermənistan dövlətini həddən artıq sarsıtdı. Ölkədə depressiya vəziyyəti hökm sürür. Mövcud vəziyyətdən hökumət məsuldur. Belə hadisələrin yaşanmasının yeganə səbəbi indiki və əvvəlki rəhbərliklərin işğalçı siyasət yürütmələridir. Biz Prinsip etibarilə heç bir ölkənin daxili işlərinə qarışmırıq”.

 



Әlaqәli Xәbәrlәr