Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Xarici İşlər Nazirləri yığıncağı keçiriləcək

Türkmənistan Xarici İşlər Naziri Rəşid Meredov 23 Fevralda Türkiyədə səfərdə olacaq.

1588129
Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Xarici İşlər Nazirləri yığıncağı keçiriləcək

Xarici işlər naziri Rəşid Meredovun Türkiyəyə reallaşdıracağı səfər çərçivəsində baş tutacaq danışıqlarda ikitərəfli və regional mövzular müzakirə olunacaq.

Qonaq Xarici işlər naziri Meredov Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Xarici İşlər Nazirləri yığıncağı keçiriləcək.

Mövlud Çavuşoğlunun Azərbaycan Xarici işlər naziri Bayramov və Türkmənistanlı həmkarı ilə keçirəcəyi görüşdə ölkələr arası münasibətlər, regional məsələlər və əməkdaşlığın irəli pillələrə qaldırılması üçün atılası addımlar ikitərəfli və üçlü formatda müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr