Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən maşın göndərib

Bu barədə Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

1577506
Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən maşın göndərib
mayın temizleme makinası-Azerbaycan

Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən maşın göndərib.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Məlumatda bildirilib: "Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) qardaş ölkəmiz Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Qüvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir".

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlamatda isə bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam edir.

Bu fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəyə gətirilib.

Texnika və avadanlıqlar azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrinin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.



Әlaqәli Xәbәrlәr