Qazaxıstan-Özbəkistan sərhədində Beynəlxalq Ticarət Mərkəzi yaradılır

Qazaxıstan-Özbəkistan sərhədində qurulması planlaşdırılan “Mərkəzi Asiya” Beynəlxalq Ticarət Mərkəzi ilə bağlı işlərə başlanıldı.

1575869
Qazaxıstan-Özbəkistan sərhədində Beynəlxalq Ticarət Mərkəzi yaradılır

Qazaxıstan Ticarət və İnteqrasiya Naziri Bahit Sultanov Baş nazir Askar Maminin başçılığında təşkil edilən kabinet iclasında bu barədə məlumat yayıb. Nazirin sözlərinə görə Özbəkistanla sərhəd bölgəsində qurulması planlaşdırılan ticarət mərkəzi ilə əlaqəli işlər davam edir. Sultanov qeyd edilib ki mərkəzin inşa ediləcəyi ərazi mövzusunda Özbəkistan tərəfi ilə razılaşdıq. Tikinti işlərinə başlayacaq investorla danışıqlarımız isə davam edir.

Nazir Sultanov mərkəzin qonşu Özbəkistanla sərhəd ticarətinin inkişafına töhfə verəcəyini və iki ölkə arasındakı ticarət həcminin 10 milyard dollar artmasına zəmin yaradacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr