İki ölkə arasında şəxsiyyət vəsiqəsilə qarşılıqlı səfəri nəzərdə tutan sənəd təsdiqlənib

Azərbaycan Milli Məclisin plenar iclasında Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

1575287
İki ölkə arasında şəxsiyyət vəsiqəsilə qarşılıqlı səfəri nəzərdə tutan sənəd təsdiqlənib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu ilə iki ölkə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun təsdiq edilib.

Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Bundan başqa, Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı da müəyyənləşib.

Həmin sənədlər aşağıdakılardır:

1. Türkiyə Respublikasının diplomatik pasportu;

2. Türkiyə Respublikasının xüsusi pasportu;

3. Türkiyə Respublikasının xidməti pasportu;

4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Türkiyə Respublikasının Dənizçinin kitabı;

6. hava gəmisi heyətinin səyahət sənədi;

7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;

8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 



Әlaqәli Xәbәrlәr