Qazaxıstanda hökumət istefa verib

Qazaxıstanda 10 yanvarda keçirilən parlament seçkilərindən sonra baş nazir Askar Mamin başçılığındakı hökumət yeni hökumətin formalaşması üçün istefa verib.

1564205
Qazaxıstanda hökumət istefa verib

Qazaxıstanda 10 yanvarda keçirilən parlament seçkilərindən sonra baş nazir Askar Mamin başçılığındakı hökumət yeni hökumətin formalaşması üçün istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, hökumət üzvləri yeni tərkibin formalaşdırılmasınadək vəzifələrinin icrasını davam etdirəcəklər.

Xatırladıq ki, Qazaxıstanda yanvarın 10-da keçirilən seçkilərdə “Nur Otan” partiyası seçicilərin 71,09 faizinin səsini toplayıb. Bundan başqa, parlamentə Məclisin hazırkı tərkibində yer alan “Ak yol” (İşıqlı yol) və “Qazaxıstan xalq partiyası” da keçiblər. Bu partiyalar müvafiq olaraq 10,95 faiz və 9,1 faiz səs alıblar.

Seçkilərə qatılan digər partiyalar isə 7 faizlik baryeri aşa bilməyib.



Әlaqәli Xәbәrlәr