Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyəni təbrik edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)  "Türksat 5A" süni peykinin kosmosa buraxılması səbəbiylə Türkiyəni təbrik edib.

1560225
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyəni təbrik edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)  "Türksat 5A" süni peykinin kosmosa buraxılması səbəbiylə Türkiyəni təbrik edib.

Türk Şurasının "Twitter" hesabında yer alan bəyanatda "Türk Şurasının qurucu üzvü Türkiyə "Türksat 5A" rabitə peykini ABŞ-ın Florida ştatından kosmosa uğurla fırlatdı. Türk Şurası olaraq Türkiyəni təbrik edir, üzv ölkəmizin texnoloji uğurlarından qürur duyuruq" ifadələrindən istifadə edilib.

Yanvarın 8-də Florida ştatındakı "Canaveral" kosmodromundan orbitə buraxılan "Türksat 5A" Türkiyənin kosmosdakı yeddinci fəal peyki olma xüsusiyyətini daşıyır. 

Rabitə peyki "Türksat 5A" 31 dərəcə şərq orbitində Türkiyə,, Avropa, Orta Şərq, Şimali Afrika, Orta Qərbi Afrika, Cənubi Afrika, Aralıq dənizi, Egey dənizi və Qara dənizi əhatə edən bir coğrafiyada televiziya yayımı və məlumat rabitə xidmətləri göstərəcəkdir.



Әlaqәli Xәbәrlәr