Azərbaycan Prezidenti İlham Əliyev "19 May Türk Dünyası Dirçəliş Mükafatı"na layiq görülüb

Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "19 May Türk Dünyası Dirçəliş Mükafatı"na Azərbaycan Prezidenti İlham Əliyev layiq görülüb.

1556964

TÜRKSAV tərəfindən verilən məlumata görə, Vəqf İdarə Heyətinin sədri Yəhya Akengin 25 ildir Türk dünyası ilə əlaqəli tədbirlər keçirdiklərini bildirib.

Akengin Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün 19 May 1919-cu ildə Anadoluda başlatdığı Türk dünyasının dirçəliş hərəkatının hazırda Orta Asiya bozqırlarında və Qafqaz vadilərində Türk dünyası liderləri rəhbərliyində işğalçı imperializmə qarşı davam etdirildiyini vurğulayıb.

Azərbaycanın keçən il qazandığı qələbəyə diqqət çəkən Akengin "2020-ci ildə Türk xalqının İlham Əliyevin rəhbərliyi altında Türkiyə Cümhuriyyətinin yaxın dəstəyi və Türk Keneşinin mənəvi marağı sayəsində qazandığı qələbə, eyni zamanda Türk dünyasının işğalçısı imperial düşüncələrə qarşı ortaq zəfəridir. Bu mübarizəyə öncüllük edən hörmətli İlham Əliyevə bu mükafatı təqdim etdiyimizə görə fəxr edirik" deyib.

Әlaqәli Xәbәrlәr