Ersin Tatar gündәmdәki aktual mövzuları qiymәtlәndirib
Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Qapalı Maraş bölgәsi ilә bağlı bәyanat yayıb. Ersin Tatar bildirib ki, Maraşa artıq açıq bölgә olaraq baxa bilәrik.
Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Qapalı Maraş bölgәsi ilә bağlı bәyanat yayıb. Ersin Tatar bildirib ki, Maraşa artıq açıq bölgә olaraq baxa bilәrik.
Ersin Tatar Bayrak Radio vә Televiziya Qurumunın (BRTQ) qurulmasının 57-ci ildönümü münasibәtilә qurumuna baş çәkib. BRTQ-na müsahibә verәn Ersin Tatar gündәmdәki aktual mövzuları qiymәtlәndirib.
Kıbrıs mәsәlәsi vә Maraş mövzusuna toxunan Tatar vurğulayıb ki, Maraş bölgәsinin açılması ölkәnin gәlәcәyi üçün әhәmiyyәtlidir.
Tatar oktyabrın 8-dә bir hissәsi açılan Qapalı Maraş bölgәsini minlәrlә adamın ziyarәt etdiyini ifadә edib.
Tatar deyib: ‘‘Artıq şәrtlәr dәyişdi Kıbrıs әvvәlki Kıbrıs, Şәrqi Aralıq dәnizi isә әvvәlki Şәrqi Aralıq dәnizi deyil. Türkiyə ilə əhəmiyyətli bir struktur var, o da Mavi Vətəndir. Suveren bərabərlik əsasında yan-yana yaşayan iki dövlət olmalıdır’’.
Tatar hәmçinin qeyd edib ki, Türkiyәnin ŞKTC-nә verdiyi dәstәk daha da artıb.
Әlaqәli Xәbәrlәr
Ermənistanın döyüş postundan Azərbaycan sərhədçisinə atəş açılıb, yaralanan var
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilib.