Qazaxıstanda "Sputnik V" vaksinin istehsalı başladı

Qazaxıstanda yeni tip koronavirus (Kovid-19) əleyhinə hazırlanmış Rusiya peyvəndi "Sputnik V"-nin istehsalına başlandı.

1549179
Qazaxıstanda "Sputnik V" vaksinin istehsalı başladı

Qazaxıstan Baş Nazirliyindən yayılan açıqlamada : “Baş nazir Askar Maminin Karaqandı vilayətindəki əczaçılıq kompleksini ziyarətiylə Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına start verildi”.

Peyvənd istehsalı ilə bağlı razılaşmanın bir müddət əvvəl Qazaxıstan prezidenti Qasım Cömərt Tokayev və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandığı xatırladılan açıqlamada qeyd  edilib ki, Qazaxıstanda  ilk mərhələdə 2 milyon doza vaksin  buraxılacaq. İstehsal olunan sözügedən peyvəndlə 2021-ci ilin yanvar ayında əhalinin peyvəndlənməsi başlanacaq.

 



Әlaqәli Xәbәrlәr