Şimali Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət təsdiqləndi

Şimali Kıbrıs Türk Cümhuriyyətində Milli Birlik Partiyasının (UBP) sədr əvəzi Ersan Sanerin başçılığında yeni hökumət quruldu.

1542505
Şimali Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət təsdiqləndi

Şimali Kıbrıs Türk Cümhuriyyətində Milli Birlik Partiyasının (UBP) sədr əvəzi Ersan Sanerin başçılığında yeni hökumət quruldu.

Hökumət UBP, Demokrat Partiyası (DP) və Dirçəliş Partiyası (YDP) koalisiyasından ibarətdir.

UBP prezidenti və yeni koalisiya hökumətinin Baş naziri Ersan Saner kabinet siyahısını Prezident Ersin Tatara təqdim edib.

Tatarla görüşündən sonra mətbuat mənsublarına açıqlama verən Saner UBP-YDP-DP olaraq koalisiya hökuməti protokolu imzaladıqlarını və hökuməti qurduqlarını ifadə edərək, kabinet siyahısını Prezident Tatara təqdim etdiyini və yeni kabinetin qəbul edildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr