Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 noyabr)

Azərbaycanda son 24 saatda 3 646 nəfər "Covid19"a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib

1533553
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 noyabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.



Әlaqәli Xәbәrlәr