Azərbaycan İzmirdə baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar  Xarici İşlər naziri Mövlud Çavuşoğluna zəng edib.

1518952

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə,nazir K. Heydərov Azərbaycanın dost və qardaş Türkiyəyə İzmirdə baş vermiş təbii fəlakətlə əlaqədar hərtərəfli kömək etməyə hazır olduğunu Türkiyə XİN başçısının diqqətinə çatdırıb.

Avropa İttifaqı Şurasının sədri Çarls Mişel də soisal şəbəkə hesabından etyidi paylaşımında "Egey dənizində Yunanıstan və Türkiyə sahillərindəki güclü zəlzələ ilə bağlı baş verənləri yaxından izləyirik. Ürəyim zəlzələdən təsirlənənlərlədir" deyib. 

Әlaqәli Xәbәrlәr