Qırğızıstanda parlament vә prezident  seçkilәrinin  tarixi tәxirә salındı

Qırğızıstanda prezident və parlament seçkilərinin konstitusiya islahatlarından sonra keçirilməsinə qərar verildi.

1514323
Qırğızıstanda parlament vә prezident  seçkilәrinin  tarixi tәxirә salındı

 

Qırğızıstanda prezident və parlament seçkilərinin konstitusiya islahatlarından sonra keçirilməsinə qərar verildi.

Parlamentin dünən axşam keçirilən plenar iclasında prezident və parlament seçkilərinin təxirə salınmasına dair qanun layihəsi qəbul edildi.

Mövcud 6 siyasi partiya tәrәfindәn dәstәklәnә qanun layihəsi konstitusiya islahatlarından sonra әn gec 1 iyun 2021-ci ilәdәk  parlament seçkilərinin tarixinin  elan edilməsini nəzərdə tutur.

Qeyd edәk ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyası 4 oktyabr tarixində keçirilmiş parlament  seçkilərin nəticələrini ləğv etmişdi.

5-6 oktyabr tarixlərində ölkədə baş verən etiraz aksiyaları zamanı azadlığa buraxılan Milliyyətçi Ata Yurt Partiyasının keçmiş millət vəkili Caparov Baş nazir vә prezident vәzifәsini icra etmәyә başladı.
 



Әlaqәli Xәbәrlәr