Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 oktyabr)

Azərbaycanda son sutkada 80 nəfər "Covid-19"a yoluxub, 114 nəfər sağalıb, 2 nəfər vəfat edib

1500988
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 oktyabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib, aktiv xəstə sayı 1648 nəfərdir.

Ölkədə son sutka ərzində 5542, hazırkı dövrədək isə 1121290 test aparılıb.



Әlaqәli Xәbәrlәr