Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 sentyabr)

Azərbaycanda son sutkada 38 nəfər "Covid-19"a yoluxub, 70 nəfər sağalıb, 2 nəfər vəfat edib.

1498831
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 sentyabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.

Ölkədə son sutka ərzində 2382, hazırkı dövrədək isə 1104783 test aparılıb.

Digər tərəfdən Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.

Ölkə ərazisində xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək uzadılıb.

Qərara əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu ərazisində 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.



Әlaqәli Xәbәrlәr