Özbəkistan Prezidenti BMT Baş Məclisinə özbək dilində müraciət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Məclisinin iclasında özbək dilində çıxış edib.

1496272
Özbəkistan Prezidenti BMT Baş Məclisinə özbək dilində müraciət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Məclisinin iclasında özbək dilində çıxış edib.
"Hazırda ölkəmizdə demokratik dəyişikliklər geri addım atılmayacaq hala gəldi" deyən Şavkat Mirziyoyev iclasa göndərdiyi videoformatdakı çıxışında özbək dilini rus dilindən üstün tutub.
Özbəkistanın müstəqillik qazandığı gündən bəri bir prezident kimi BMT Baş Məclisinə müraciətində ilk dəfə rusca əvəzinə özbək dilindən istifadə edən Mirziyoyev çıxışında yeni növ koronavirus (Covid-19) epidemiyasının bəşəriyyətin bu cür qlobal təhdidlərə qarşı müdafəsiz olduğunu göstərdiyini və müntəzəm dialoq, inam və yaxın əməkdaşlığın əhəmiyyətinin açıq şəkildə ortaya qoyduğunu deyib.
Mirziyoyev bu çərçivədə səylərin birləşdirilməsinə, məsuliyyətlərin gücləndirilməsinə, beynəlxalq tərəfdaşlığın inkişafına, Ümumdünya Səhiyyə Təşkilatının statusunun və potensialının artırılmasına və səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib.
Mirziyoyev bu çərçivədə BMT-nin himayəsi altında epidemiya dövründə dövlətlərin könüllü öhdəliklərinə dair bir qanun hazırlanması və bu sənədin hər bir dövlətin öz vətəndaşları və beynəlxalq tərəfdaşlarına qarşısı öhdəliklərinin yer almasının vacibliyini vurğulayıb.
Üç il əvvəl özünün BMT Baş Məclisində Özbəkistanın köklü islahatlar aparmaq əzmini dilə gətirdiyini xatırladan Mirziyoyev "Siyasi, sosial və iqtisadi dəyişikliklər çərçivəsində aparılan geniş islahatlar nəticəsində yeni Özbəkistan formalaşdı baş verir. Bu gün ölkəmizdə demokratik dəyişikliklərdə  geri addım atılmayacaq hala gəlindi" deyib.



Әlaqәli Xәbәrlәr