Azәrbaycan ordusu Ermәnistana mәxsus növbәti PUA-nı mәhv edib

Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1494260
Azәrbaycan ordusu Ermәnistana mәxsus növbәti PUA-nı mәhv edib

 

Azәrbaycan ordusu Ermәnistana mәxsus növbәti  pilotsuz uçuş aparatını (PUA) mәhv edib.

Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә,  Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azәrbaycan mövqelәri üzәrindә kәşfiyyat uçuşları keçirmәyә cәhd göstәrib.

Qeyd edək ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verәn qarşıdurma nəticəsində bir hәrbçinin şәhid olduğu bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verib və səbir diləyib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

21 sentyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumata görə, Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.

“Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd olunub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12  (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr