"Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistanı qorxudur", İ. Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərinin Ermənistan hakimiyyətini qorxutduğunu söyləyib.

1493828
"Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistanı qorxudur", İ. Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərinin Ermənistan hakimiyyətini qorxutduğunu söyləyib.
Bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.
TANAP (Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi) üzəindən Türkiyəyə tədarük olunan təbii qaz həcminin hər il artırdığına diqqət çəkən Əliyev deyib:
"Bir il əvvəl Azərbaycan qazı Türkiyə bazarında 4-cü və 5-ci yerdə ikən hazırda birinci yeri tutur. Bu, həm bizim üçün, həm də Türkiyə üçün çox əhəmiyyətlidir. Çünki təbii qaz hər ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda təbii qaz Türkiyəyə qardaş ölkədən gəlir və bu qazın həcmini artırmaq üçün əlavə addımlar atılacaq. Abşeron sahəsindəki qazın ikinci mərhələdən çıxarılacaq qaz da TANAP üzərindən Türkiyə və digər bazarlara daşına biləcək".
Əliyev iyul ayında Ermənistan ordusunun Azərbaycan sərhədində (Tovuz) törətdiyi təxribatından sonra Türkiyədən gələn dəqiq dəstək mesajlardan mənmuniyyət duyduqlarını bildirərək, "Birincisi, əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərdi. Bu, Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının təzahürüdür. Eyni zamanda digər rəsmilər dəfələrlə Azərbaycana həmrəylik və dəstəklərini göstərdilər. Bu da Türkiyənin ədalətin, həqiqətin və qardaşlarının yanında olduğunu bir daha göstərdi" ifadələrdən istifadə edib.
Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu və olacağını bütün dünyanın bildiyinə işarə edərək deyib:

"Birliyimiz bizim böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik mənşəyimiz, dinimiz, dilimiz və mədəniyyətimiz birləşdirir. Bu, böyük bir sərvətdir. Bu sərvətin təməli üzərində siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi olmaqla güclü əlaqələr qurduq. Hazırda birgə işləmədiyimiz və bir-birimizə dəstək olmadığımız bir sahə yoxdur. Hər il mütəmadi olaraq birgə hərbi təlimlər keçiririk. Deməli, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu dəfə təlimlər Tovuz hadisələrinə təsadüf etdi. Ermənistan bunun təsadüf olub-olmadığını düşünməyə davam etsin. Bu təlimlər birliyimizi bir daha göstərir. Naxcivandakı Azərbaycan-Ermənistan sərhədindən İrəvana təxminən 80 kilometr məsafə var. Ermənistan rəhbərliyi bunu bilir və bu onları qorxudur".



Әlaqәli Xәbәrlәr