Mustafa Şentop: “Bakının işğaldan azad olunmasının 102-ci ildönümü mübarək!”

TBMM-nin sədri Mustafa Şentop Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

1491371
Mustafa Şentop: “Bakının işğaldan azad olunmasının 102-ci ildönümü mübarək!”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib. 

Şentopun paylaşımında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm”.

Şentop paylaşımında ayrıca,

"102 il əvvəl Nuru Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusu Azərbaycanı erməni dəstələrinin işğalından qurtardı. Bu gün də Türkiyə eyni ruhla Azərbaycanın əbədiyyətədək yanındadır, əziz komandanımız  Nuru Paşa və şəhidlər xiyabanında yatan qəhrəmanlara rəhmət olsun. Salam olsun Azərbaycana" (Bir millət, iki dövlət) ifadəsi ilə bir video da paylaşıb.



Әlaqәli Xәbәrlәr