Bakı şəhərinin azad edilməsindən 102 il ötür

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.

1490995
Bakı şəhərinin azad edilməsindən 102 il ötür
baku-Turk sehitligi.jpg
baku'nun kurtarilisi1.jpg
baku'nun kurtarilisi.jpg

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti birlikdə Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Şәhidlik dәftәrinә ürәk sözlәrini yazan sәfir Erkan Özoral daha sonra  Şәhidlәr Xiyabanını ziyarәt edib.

Qeyd edәk ki, Azәrbaycan prezidenti İlham Әliyev Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğana mәktub ünvanlayıb.

Prezident İlham Әliyev 15 sentyabr tarixinin Azәrbaycan xalqı üçün çox әhәmiyyәtli bir gün olduğunu vurğulayaraq bu tarixdә Bakının azad  edilәrәk ölkәnin paytaxtı elan edildiyini bildirib.

İlham Әliyev mәktubunda bu ifadәlәrә yer verib: ‘‘Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir’’.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 1130  şəhid verib.

Azәrbaycanın Bakı, Şәki, Şamaxı, Qobustan, Kürdәmir, Neftçala, Hacıqabul vә Quba şәhәrlәrindә Qafqaz İslam Ordusuna tabe olan әsgәrlәrin dәfn edildiyi 14 Türk Şәhidliyi var.



Әlaqәli Xәbәrlәr