İlham Әliyev: ‘‘Türkiyə yalnız bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir''

Azәbaycan prezidenti İlham Әliyev Şәrqi Aralıq dәnizindәki kәşfiyyat fәaliyyәtlәri daxil olmaqla hәr mәsәlәdә Türkiyәni dәstәklәdiklәrini söylәyib.

1483806

İlham Әliyev Yunanıstanın Azәrbaycandakı yeni sәfiri Nokolas Piperiqosu qәbul edib. Qәbulda Yunanıstan ilә Türkiyә arasında Şәrqi Aralıq dәnizindә yaşanan gәrginliyә toxunan Azәrbaycan prezidenti İlham Әliyev deyib:

‘‘Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə yalnız  bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”.

Azәrbaycan prezidenti vurğulayıb ki, mövqeyimizi bilәsiniz istәdim. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Türkiyə bizim üçün yalnız  dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Әlaqәli Xәbәrlәr