Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı məhv edilib

Ermənistanın növbəti PUA-sı Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

1480098
Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı məhv edilib

Avqustun 27-də saat 09:45 (bakı vaxtı) radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilib.



Әlaqәli Xәbәrlәr