Kocaelində hazırlanan layihə ilə əsassız erməni iddiaları dünyaya şərh ediləcək

"Əsassız Erməni Böhtanlarına Aydınlıq Gətirmə Layihəsi" ilə 1915-ci il hadisələri ilə əlaqəli erməni iddialarının əsassızlığı və Ermənistanın Dağlıq Qarabağ və Xocalıda həyata keçirdikləri dünyaya çatdırılacaq.

1479630
Kocaelində hazırlanan layihə ilə əsassız erməni iddiaları dünyaya şərh ediləcək

Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evi Dərnəyinin həyata keçirdiyi "Əsassız Erməni Böhtanlarına Aydınlıq Gətirmə Layihəsi" ilə 1915-ci il hadisələri ilə əlaqəli erməni iddialarının əsassızlığı və Ermənistanın Dağlıq Qarabağ və Xocalıda həyata keçirdikləri dünyaya çatdırılacaq.
 Daxili İşlər Nazirliyinə də təqdim olunan layihənin İzmit qəsəbəsindəki Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Dərnəyində keçirilən açılış mərasimində çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar Ermənistan haqqında ictimaiyyətə lazımi şəkildə məlumat verilməsinin vacibliyini dilə gətirib.
Keçmişinə aydınlıq gətirə bilməyənlərin gələcəyini də istiqamətləndirə bilməyəcəyini vurğulayan Dündar bu məsələdə qeyri-hökumət təşkilatlarının mühüm vəzifələrinin olduğunu qeyd edib.
"31 Dekabr - Beynəlxalq Azərbaycanlıların Həmrəyliyi Günündə o birlik-bərabərliyi gücləndirmək üçün fəaliyyət göstərəcəyik. Bir dərnək kimi erməni yalanlarını tam ifşa etmək üçün səylərimizi davam etdirəcəyik. Layihə ilə Türk və beynəlxalq ictimaiyyətinə internet saytı vasitəsilə ingiliscə və türkcə olaraq əsassız erməni iddialarına cavab veriləcək" deyə Bilal Dündar vurğulayıb.
Türkiyənin tarixi arxivlərini açdığını və eyni şəkildə Ermənistanı da buna dəvət etdiyini bildirən Dündar Ermənistanın tarixi arxivlərini yalanları gün işığına çıxacağı üçün açmadığını deyib.
Dündar Anadoluda erməni quldurlarının törətdikləri qətliamları əks etdirən sərgilərin təşkil ediləcəyini söyləyib:
"Layihə ilə ingilis, rus və türk dillərində qısa filmlər hazırlanacaq və müxtəlif dairələr ilə sosial mediada vasitəsilə yayılacaq. Erməni ordusu və quldurları tərəfindən törədilən qırğınları mövzu götürən, sənəd və məlumatların qiymətləndiriləcəyi konfrans keçiriləcək. Konfransa öz sahəsində ekspertlər, elm adamları ilə ölkə xaricindən mütəxəssisləri də dəvət etməyi planlaşdırırıq. Erməni dəstələrinin törətdikləri qırğınlarla bağlı ingiliscə və türkcə kitablar çap edilərək təqdim olunacaq".



Әlaqәli Xәbәrlәr