Ceyhun Bayramov Çavuşoğlunu yeni kəşf edilən təbii qaz yatağı ilə əlaqədar təbrik edib
Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Türkiyənin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.
1477391

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Türkiyənin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazir Ceyhun Bayramov həmkarı ilə söhbətində bu uğurun Türkiyə iqtisadiyyatının səmərəliliyinin artırılmasına böyük töhfə olacağına, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli təsir edəcəyinə, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətinin daha da artacağına əminliyini ifadə edib.