Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 avqust)

Azərbaycanda daha 159 nəfər koronavirusdan sağalıb, 131 nəfər yoluxub.

1475162
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 avqust)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, 1 764 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu gündən kafe-restoranların, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.



Әlaqәli Xәbәrlәr