"Şərqi Aralıq dənizində hüquqlarımızın tapdalanmasına icazə vermərik", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersin Tatar Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcəklərini bildirib.

1472295
"Şərqi Aralıq dənizində hüquqlarımızın tapdalanmasına icazə vermərik", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersin Tatar Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcəklərini bildirib.
Tatar Türkiyənin Mavi Vətəndəki mübarizəsinin son illərdə daha çox əhəmiyyət qazandığını və bu mövzuda Şimali Kıbrıs Türk Cümhuriyyəti olaraq hər zaman Türkiyə ilə birlikdə hərəkət etdiklərini vurğulayıb.
Türkiyənin Liviya ilə imzaladığı razılaşmanın bu günədək olan səhv düşüncələri dəyişdiyini vurğulayan Ersin Tatar yaradılan koridorla birlikdə Şərqi Aralıq dənizində daha böyük potensiyal, haq və maraqlara sahib olma nöqtəsinə gəlindiyini ifadə edib.
Tatar Türkiyənin Şərqi Aralıq dənizində Şimali Kıbrıs Türk Cümhuriyyəti və Liviya ilə imzaladığı razılaşmaları Şərqi  Birləşmiş Millətlər Təşkilatına bildirməsilə mövqeyini beynəlxalq hüquq əsasında sağlam zəminə oturduğunu bildirib.
Rum-Yunan tərəflərinin diplomatik sui-istifadələrini heç kəsin qəbul etməməsinin vacibliyini dilə gətirən Tatar Avropa İttifaqının (Aİ) da onların oyununa vasitə olmaması və Türkiyə ilə ədalət və daimi sülh çərçivəsində bütün müzakirələri və danışıqları davam etdirməsinin lazım olduğunu söyləyib.
Ersin tatar "Şərqi Aralıq dənizində Türkiyə və biz haqqımızı axtarırıq, ancaq heç kəsin bu haqlarımızı yeməsinə də icazə vermərik. Şərq Aralıq dənizində haqqlarımızı qorumaq üçün Türkiyə ilə yüz faiz uyğunluq içində hərəkət edir, bu, bizim fəlsəfəmizdir" deyib.



Әlaqәli Xәbәrlәr