Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 avqust)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1471771
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 avqust)

 

  Azərbaycan respublikasında korona virusu infeksiyasından daha 202 nəfər sağalıb, 93 yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 33 min 824 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən olunub. Onlardan 31 min 58 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 2269 nəfərdir.

  Ötən müddət ərzində 804 min 513 test aparılıb. Bugünkü test sayı isə 8054-dür.



Әlaqәli Xәbәrlәr