Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenin Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla videogörüşü keçirilib.

1470463
Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenin Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla videogörüşü keçirilib.
Görüşdə Abdullah Eren ''Bir millətin iki diasporu ola bilməz. Dünyanın harasında olursa olsun, Türkiyə  dünyanın harasında olmasına baxmayaraq hər zaman bir və bərabərdir. Dost və qardaş Can Azərbaycanın yanındadır" deyib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdən sonra Azərbaycan mətbuatına açıqlama verən YTB-nin rəhbəri Abdullah Eren iki ölkənin diasporları arasındakı əməkdaşlıq və Ermənistanın Azərbaycan torpaqlarına istiqamətli hücumlarına toxunub. 
Ermənistanın xain hücumları nəticəsində həyatını itirən mülki və hərbi bütün şəhidlərə Allahdan rəhmət diləyən Eren  Ermənistanın hücumlarını sərt şəkildə qınadıqlarını söyləyib.
Abdullah Eren deyib:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev rəhbərliyində iki ölkə arasındakı yaxın münasibətlərə hər iki ölkənin əlaqədar diaspor ilə qurumları olaraq töhfə verməyə cəhd göstəririk. Bu mövzuda xüsusilə son iki ildə əhəmiyyətli fəaliyyətlər göstərdik. Türk Diaspor Şurası çərçivəsində Türkiyədəki komitə sədrləri və nazirlər iclası keçirdik. Biz Almaniya Berlində, Nyu-Yorkda, ABŞ-da diasporlarımızı bir araya gətirən vətəndaş cəmiyyəti iclaslarını keçirdik. Əməkdaşlığımızı artırmaq üçün səylərimizi davam etdiririk". 
Eren YTB Türkiyə təqaüdləri çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də böyük əhəmiyyət verdiklərini söyləyib.
Dünyanın müxtəlif yerlərində olan Ermənistan və Azərbaycan diasporlarının Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı ortaq reaksiya verməsi Ermənistanın Azərbaycan torpaqları üzərindəki haqsız işğalını bütün dünyaya birlikdə şərh etdiklərinə diqqət çəkən Abdullah Eren " ''Bir millətin iki diasporu ola bilməz. Dünyanın harasında olursa olsun, Türkiyə  dünyanın harasında olmasına baxmayaraq hər zaman bir və bərabərdir. Dost və qardaş Can Azərbaycanın yanındadır" ifadəsini işlədib. Türkiyənin Ermənistanın təcavüzlərinə qarşı  ən başından bəri reaksiya göstərdiyini və Türkiyənin hər zaman Azərbaycan ilə birlikdə olduğunu xatırladan Eren Türkiyənin diapsor qurumu olan YTB-nin də fəaliyyət sahələrindəki tədbirlərdə Azərbaycanın və Azərbaycanın haqlı davasının yanında olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr